18 may 2014 16:33
Dieqo Madriqal: Ümid edirəm ki, İnter Avropa Liqasında uğur qazanacaq
“İnter”in yarımmüdafiəçisi Dieqo Madriqal TPL-in artıq geridə qalmış mövsümündə “bankirlər”in heyətindəki çıxışından danışıb. Azerisport.az Madriqalın Kosta-Rika KİV-nə bildirdiyi fikriləri diqqətinizə çatdırır:
“Burada keçirdiyim dörd aydan razıyam. Şadam ki, şans qazandım və bir sıra oyunlarda fərqlənə bildim. Ümid edirəm ki, qarşıdakı Avropa Liqasında uğur qazana biləcəyik”, deyə Madriqal bildirib.
Madriqal həmçinin, “İnter”ə uyğunlaşma haqda da danışıb: “Mənə uyğunlaşma üçün verilmiş vaxt artıq geridə qalıb. Məhz buna görə mən meydana az-az çıxırdım. Onlar əvvəlcə oyunçunun komandaya uyğunlaşmasına əmin olmalı idilər. Mən bura gələndə heyət yaxşı təşkil edilmişdi. Beləcə, mən sadəcə olaraq, meydanda oynamaq şansımı gözləyirdim”.
