18 may 2014 14:48
Xəzər Lənkəranın yeni baş məşqçisinin adı gələn həftə məlum olacaq
Gələn həftə “Xəzər Lənkəran”ın yeni baş məşqçisinin adına aydınlıq gələcək. Azerisport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu vəzifəyə bir neçə namizəd var.
Ancaq daha real namizədlər - bir vaxtlar komandaya rəhbərlik etmiş Mirça Rednik və “Xəzər Lənkəran”ın sabiq baş məşqçi Mustafa Dənizlinin köməkçisi, hazırda komandanı çalışdıran Oğuz Çətindir.
Son seçim gələn həftə ediləcək.
Xatırladaq ki, Mustafa Dənizli klub rəhbərliyi ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam vermişdi.
