Bu da (Rəvanın) son (u)!
Topaz Premyer Liqasında mövsümə yekun vuruldu. Azerisport.az xəbər verir ki, sonuncu - 36-cı turda baş tutan matçların ardından mükafatçılar sırasında "Qarabağ" və "İnter"lə yanaşı, "Qəbələ" də yer aldı. "Rəvan" isə elitanı tərk etmək məcburiyyətində qaldı.
Zaqatalada baş tutan "Simurq" - "Neftçi" qarşılaşmasında qolsuz bərabərlik qeydə alındı. Bu görüş "Simurq" üçün əhəmiyyət kəsb etməsə də, "Neftçi"nin mükafatçılar sırasına düşmək üçün tək şansı idi. Lakin 1 xal Bakı klubuna bürünc medal qazandıra bilmədi. Artıq "ağ-qaralar"ın mövsümün mükafatsız başa vurmamaq üçün tək şansı mayın 22-də kubokun finalında "Qəbələ"ni məğlub etməkdi. Bir məqamda var ki, Böyükağa Hacıyev kuboka sahib çıxmaq üçün əsas heyətin xeyli sayda aparıcı futbolçusunu Zaqatalaya aparmayıb. Onu da qeyd edək ki, "Neftçi" 3-cü pilləni məhz "Qəbələ"yə təhvil verdi.
"Qəbələ" isə öz meydanında "Sumqayıt"ı qəbul etdi. "Qırmızı-qaralar" qonaqlar üzərində əzmkar qələbə qazanaraq Premyer Liqanın 2013/14 mövsümünün medallarına sahib çıxmağı bacardı. Mövsüm ərzində qeyri-sabit oyun keçirən "Qəbələ" yalnız "Neftçi"nin Zaqatalada xal itirəcəyi təqdirdə buna nail olacaqdı. Artıq Yuri Syominin yetirmələri kubok hazırlığına rahatlıqla başlaya bilər. Həm də əyalət klubu bundan sonra avrokuboklarda şansını sınayacaq.
"Bayıl Arena"da isə "Rəvan" "Bakı" ilə münasibətlərinə aydınlıq gətirdi. "Sumqayıt"ın səfərdə məğlubiyyətlə üzləşdiyini nəzərə alsaq, Bayıl klubu üçün bu oyunu mütləq qalib şəklində başa vurmaq lazım idi. Əks təqdirdə "aslanlar" elitadan getmə təhlükəsi ilə üzləşəkdi ki, belə də oldu və "Bakı" bu oyundan 3:2 hesablı qələbə ilə ayrıldı. Beləliklə, "Rəvan" yeni mövsümdən aşağı dəstədə mübarizə aparmamaq üçün yalnız Premyer Liqanın reqlamentinin dəyişməsinə ümid etməlidi. Baxmayaraq ki, AFFA prezidenti Rövnəq Abdullayevin son açıqlaması "aslanlar"ın bu ümidlərinin də boşuna olduğunu deməyə əsas verir.
"İnter" isə doğma azarkeşlər önündə AZAL-la üz-üzə gəldi. Bu qarşılaşma da heç bir önəm daşımırdı. Çünki Şüvəlan təmsilçisinin əli hər şeydən üzülmüşdüsə, "bankirlər" 2-ci pilləni artıq zəmanət altına almışdı. Kaxaber Sxadadze bir neçə aparıcı futbolçusunu meydanda buraxmsa da, komandası uğurlu çıxış edərək mövsümün son oyununu da qələbə ilə başa vurdu. Oyun Şüvəlanda keçirilməli olsa da, sonradan matç "Şəfa" stadionuna təyin edildi. Bu qarşılaşmada maraqlı məqamlardan biri də Kərim və Coşqun Diniyevlərin bir-birinə qarşı mübarizə aparması oldu. Çünki hər iki gənc futbolçu Şahin Diniyevin oğludu.
Mövsümün son görüşündə isə "Xəzər Lənkəran" və "Qarabağ" komandaları üz-üzə gəldi. Bu görüşdə nominal meydan sahibi qismində "ağ-yaşıllar" çıxış edirdi. Buna səbəb isə əslində Lənkəranda keçirilməli olan oyunun Bakıya təyin olunması idi. 90 dəqiqə sonra qələbəyə sevinən tərəf Lənkəran klubu olsa da, bu, Ağdam təmsilçisi üçün heç bir əhəmiyyət kəsb etmirdi. Çünki artıq 2 tur əvvəl "köhlən atlar" çempionluğu təmin etmişdi. Beləliklə, "Qarabağ" 21 il sonra 2013/14 mövsümünün sonunda qızıl medallar və çempionluq kubokuna sahib çıxdı.
Topaz Premyer Liqası
36-cı tur
SİMURQ - NEFTÇİ - 0:0
Sarı vərəqələr: İlkin Qırtımov, 35 (bilərəkdən əl ilə oyun); Salif Ballo, 36 (qeyri-idman hərəkəti); Rəşad Eyyubov, 63 (simulyasiya) - Mahir Şükürov, 10 (bilərəkdən əl ilə oyun); Cavid İmamverdiyev, 21 (qeyri-idman hərəkəti); İqor Mitreski, 44 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqələr: Elvin Yunuszadə, 45 (rəqibin ayağına bilərəkdən zərbə endirdiyi üçün); Mirhüseyn Seyidov, 90+4 (rəqibi bilərəkdən vurduğu üçün).
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Mübariz Haşımov, Fərid Məmmədov.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.
17 may 2014. Saat 17:00. Zaqatala şəhər stadionu. 1000 tamaşaçı.
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 4. Dilaver Zrnanoviç, 8. Patrik Osiako, 10. Rəşad Eyyubov (30. Raul Kostin, 68), 11. Draqan Çeran (16. Məhərrəm Hüseynov, 80), 18. Tural Axundov, 20. İdan Vaytsman, 21. Murad Səttarlı, 22. Salif Ballo (77. Nicat Qurbanov, 61), 26. Benjamin Lambot.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 6. Taqim Novruzov, 17. Rüstəm Məmmədov, 62. Cavad Kazımov.
Baş məşqçi: Georgi Çixradze.
Neftçi: 1. Pavel Doroşev, 3. Denis Silva, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 10. Cavid İmamverdiyev (95. Elvin Bədəlov, 58), 19. Mirhüseyn Seyidov, 21. Samir Məsimov (18. Orxan Qurbanlı, 90+3), 22. Mahir Şükürov (k), 23. Ruslan Qurbanov, 27. Məqsəd İsayev, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 24. Ruzi Qiyaslı, 14. Bahodır Nasimov, 17. Fəhmin Muradbəyli, 26. Cavid Muxtarzadə, 29. Aqşin Qurbanlı.
Baş məşqçi: Böyükağa Hacıyev.
RƏVAN - BAKI - 2:3
Qollar: Miloş Adamoviç, 90, Xuan Manuel Varea, 90+4 - Rauf Əliyev, 23, Aleksandar Şoliç, 83, Tural Qürbətov, 90+1.
Sarı vərəqələr: Mişel Balokoq, 53 (qeyri-idman hərəkəti); Novruz Məmmədov, 58 (qeyri-idman hərəkəti); Mitya Moreç, 87 (qeyri-idman hərəkəti) - Deyvidas Çesnauski, 31 (qeyri-idman hərəkəti); Namiq Ələsgərov, 69 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə, Rza Məmmədov, Rəşad Əhmədov.
AFFA nümayəndəsi: Nüvər Xasıyev.
Hakim-inspektor: Murad Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 5 dəq.
17 may 2014. Saat 17:00. “Bayıl Arena”. 200 tamaşaçı.
Rəvan: 1. Lukas Sapela, 4. Mitya Moreç, 11. Kamil Nurəhmədov, 14. Xuan Manuel Varea, 16. Orxan Lalayev, 21. Novruz Məmmədov (k) (20. Miloş Adamoviç, 76), 25. Ayaz Mehdiyev, 28. Boyan Markoviç, 30. Cəmşid Məhərrəmov, 40. Mişel Balokoq (6. Ceyhun Cavadov, 81), 41. Kamil Kopunek (17. Ramazan Abbasov, 31).
Ehtiyat oyunçular: 12. Fuad Əhmədov, 3. Məmməd Quliyev, 8. Julio Sezar, 19. Hüseyn Axundov.
Baş məşqçi: Güvenc Kurtar.
Bakı: 1. Aqil Məmmədov, 2. Deyvidas Çesnauski, 3. Yure Travner, 11. Rauf Əliyev (k) (20. Tural Qürbətov, 66), 15. Alberto Noquera (10. Aleksandar Şoliç, 73), 21. Elvin Məmmədov, 22. Namiq Ələsgərov (16. Xavyer Junior, 79), 23. Lukas Mario Horvat, 24. Georgios Pelagios, 31. Vüqar Mustafayev, 34. Şəhriyar Əliyev.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 6. Vadim Abdullayev, 8. Cavid Hüseynov, 27. Eltun Hüseynov.
Baş məşqçi: Milinko Pantiç.
AZAL - İNTER - 1:3
Qollar: Ayaz Qasımov, 75 - Samir Zərgərov, 2, Dieqo Madriqal, 9; 84.
Sarı vərəqələr: Tural Nərimanov, 19 (qeyri-idman hərəkəti) - Dieqo Madriqal, 4 (simulyasiya); Abdulla Abatsiyev, 45 (rəqibi tutduğuna görə).
Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, İsgəndər Əliyev, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 2 dəq.
17 may 2014. Saat 17:00. “Şəfa” stadionu. 400 tamaşaçı.
AZAL: 12. Cahangir Həsənzadə, 2. Xuan Fransisko (3. Aleksandr Şemonayev, 67), 6. Aydın Qasımov, 10. Con Oluremi (8. Qərib İbrahimov, 46), 15. Oskar Klava, 17. Viktor İqbekoyi, 19. Orxan Səfiyaroğlu (25. Əbülfəz Hüseynli, 87), 20. Branislav Arsenyeviç, 23. Tural Nərimanov, 26. Kərim Diniyev, 27. Rəşad Abdullayev (k).
Ehtiyat oyunçular: 16. Elçin Sadıqov, 4. Xose Junior Aylton, 22. Axtam Xamraqulov, 30. Fariz Nəcəfov.
Baş məşqçi: Tərlan Əhmədov.
İnter: 1. Georgi Lomaya (k), 4. İvan Benites, 5. Slavço Georgiyevski, 6. Samir Zərgərov, 8. Mikel Alvaro (35. İlkin Sadıqov, 69), 20. Brüs Abdulaye, 24. Fuad Bayramov, 27. Dieqo Madriqal, 30. Abbas Hüseynov (2. Azər Salahlı, 81), 47. Abdulla Abatsiyev, 91. Coşqun Diniyev (14. İlqar Ələkbərov, 73).
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 18. Mansur Nəhavəndi, 22. Nurxan Mənsimzadə.
Baş məşqçi: Kaxaber Sxadadze.
QƏBƏLƏ - SUMQAYIT - 3:1
Qollar: Viktor Mendi, 39, Lorenzo Ebesilio, 86, Abdulvahid Afolabi, 90+2 - Məhəmməd Qurbanov, 7.
Sarı vərəqələr: Ruslan Tağızadə, 26 (qeyri-idman hərəkəti); Dodo, 47 (qeyri-idman hərəkəti); Abdulvahid Afolabi, 69 (qeyri-idman hərəkəti); Lorenzo Ebesilio, 87 (qeyri-idman hərəkəti); Kamran Ağayev, 90+1 (qeyri-idman hərəkəti) - Nodar Məmmədov, 71 (oyunun bərpasını gecikdirdiyi üçün); Vurğun Hüseynov, 80 (hakimin qərarına etiraz); Adil İbrahimov, 82 (qeyri-idman hərəkəti).
Hakimlər: Elvin Əsgərov, Nahid Əliyev, Munis Abdullayev, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Asim Xudiyev.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
17 may 2014. Saat 17:00. Qəbələ şəhər stadionu. 2000 tamaşaçı.
Qəbələ: 1. Kamran Ağayev (k), 2. Rail Məlikov (88. Müşfiq Teymurov, 46), 7. Marat İzmaylov, 8. Nizami Hacıyev, 9. Viktor Mendi, 10. Dodo, 14. Lorenzo Ebesilio, 16. Ruslan Tağızadə, 31. Daniel Subotiç (42. Leonardo da Silva, 56) (19. Abdulvahid Afolabi, 68), 44. Rafael Santos, 46. Davronjon Erqaşev.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 6. Vladimir Levin, 22. Lourival Assis, 34. Ürfan Abbasov.
Baş məşqçi: Yuri Syomin.
Sumqayıt: 1. Andrey Popoviç, 3. Vurğun Hüseynov, 7. Pərdis Fərcad-Azad, 9. Tərzin Cahangirov, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 18. Aleksandr Çertoqanov (k), 21. Məhəmməd Mirzəbəyov (17. Adil İbrahimov, 73), 88. Mirzağa Hüseynpur (2. Şəhriyar Xəlilov, 67), 92. Bəxtiyar Həsənalızadə, 99. Rəhman Hacıyev.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 4. Samir Abasov, 5. Kamil Hüseynov, 8. Aqşin Muxtaroğlu, 77. Ramil Mansurov.
Baş məşqçi: Aqil Məmmədov.
XƏZƏR LƏNKƏRAN - QARABAĞ - 2:1
Qollar: Tyaqo de Xesus, 5; Elnur Abdullayev, 84 - Ulrix Kapolonqo, 44.
Hakimlər: Vüsal Əliyev, Elman Musayev, Kamran Bayramov, Nail Nağıyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 1 dəq.
17 may 2014. Saat 18:30. Tofiq Bəhramov adına Respublika stadionu. 1200 tamaşaçı.
Xəzər Lənkəran: 19. Vyekoslav Tomiç, 3. Vanderson Skarduelli, 5. Tyeqo de Xesus, 7. Sadio Tounkara (30. Elias Ribeiro, 76), 10. Elnur Abdullayev, 11. Zohair Benuahi, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 20. Etame Mbilla (12. Junior Nildo, 84), 27. Manuel Skarlatake, 55. Ağabala Ramazanov.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 2. Slavik Alxasov, 6. Rasim Ramaldanov, 16. Adrian Pit, 23. Nikola Qliqorov.
Məşqçi: Oğuz Çətin.
Qarabağ: 13. İbrahim Sehiç, 5. Maksim Medvedev, 6. Hacı Əhmədov (2. Qara Qarayev, 68), 7. Namiq Yusifov (k), 11. Ulrix Kapolonqo, 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 22. Toğrul Bilallı (14. Rəşad Sadıqov, 63), 33. Təmkin Xəlilzadə (23. Tural İsgəndərov, 63), 24. Admir Teli, 25. Ansi Aqolli.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 21. Tural Rzayev.
Baş məşqçi: Qurban Qurbanov.
| 1 | Qarabağ | 36 | 21 | 9 | 6 | 66 | 21 | +45 | 72 |
| 2 | İnter | 36 | 20 | 7 | 9 | 60 | 37 | +23 | 67 |
| 3 | Qəbələ | 36 | 18 | 7 | 11 | 48 | 36 | +12 | 61 |
| 4 | Neftçi | 36 | 17 | 9 | 10 | 48 | 42 | +6 | 60 |
| 5 | Bakı | 36 | 16 | 9 | 11 | 53 | 43 | +10 | 57 |
| 6 | XL | 36 | 12 | 13 | 11 | 44 | 49 | –5 | 49 |
| 7 | Simurq | 36 | 11 | 13 | 12 | 35 | 28 | +7 | 46 |
| 8 | AZAL | 36 | 6 | 13 | 17 | 29 | 49 | –20 | 31 |
| 9 | Sumqayıt | 36 | 5 | 10 | 21 | 27 | 61 | –34 | 25 |
| 10 | Rəvan | 36 | 4 | 10 | 22 | 22 | 66 | –44 | 22 |
Bombardirlər:
22 - Reynaldo (Qarabağ)
14 - Vaqif Cavadov (İnter)
11 - Draqan Çeran (Simurq), Daniel Subotiç (Qəbələ), Etame Mbilla (Xəzər Lənkəran)
10 - Baçana Sxadadze (İnter)
9 - Rauf Əliyev (Bakı), Leroy Corc (Qarabağ).
8 - Əfran İsmayılov (Bakı), Çumbinyo (Qarabağ), Con Oluremi (AZAL).
