17 may 2014 12:40
Qarabağ və İnter bu gün medallarına qovuşacaq
Yeni Azərbaycan çempionu "Qarabağ"ın futbolçu və məşqçi heyəti bu gün keçiriləcək Topaz Premyer Liqasının sonuncu - 36-cı turunun oyunundan sonra çempionluq kubokuna və medallarına qovuşacaqlar. Azerisport.az xəbər verir ki, bu görüş əslində Lənkəranda keçirilməli olsa da, qarşılıqlı razılıq əsasında Tofiq Bəhramov adına Respublika stadionuna təyin olunub və məhz çempionun mükafatlandırılması məqsədilə belə bir addım atılıb.
Mərkəzi arenadakı oyunun ardından "İnter" də gümüş medallarına qovuşacaq. Böyük ehtimalla bu komanda da AZAL-la "Şəfa"dakı qarşılaşmadan sonra "Tofiq Bəhramov"a yollanacaq.
Bürünc medalların sahibi isə bir qədər gec mükafatlandırılacaq. Çünki üçüncü pilləni "Neftçi", yoxsa "Qəbələ"nin tutacağı hələlik dəqiqləşməyib.
