17 may 2014 11:48

Mehman Allahverdiyev: Simurq Neftçini, Rəvan Bakını məğlub edəcək

Futbol mütəxəssisi Mehman Allahverdiyev TPL-in cari mövsümünün yekun turu çərçivəsində keçiriləcək oyunların nəticələri ilə bağlı ehtimallarını azerisport.az saytı ilə bölüşüb:

Simurq - Neftçi
Mən hesab edirəm ki, “Neftçi” Kubokun finalı ərəfəsində Zaqatalaya əsas heyəti göndərməyəcək. Komanda Avropa Liqasına çıxışını təmin edib və əsas məqsədi Kubokla bağlıdır. Bu səbəbdən əminəm ki, bu oyunda “Simurq” qalib gələcək.

Rəvan - Bakı
“Rəvan”ın elitada yerini qoruması üçün bu, son şansıdır. “Bakı”da isə komanda daxilində ab-hava elə də yaxşı deyil. Çempionatda hədəfləri isə artıq yoxdur. Beləliklə, “Rəvan”ın qələbəsinə qoyuluş edirəm.

AZAL - İnter
“İnter”ə bu oyun mahiyyətcə gərək deyil. Çox güman ki, məşqçi meydana ikinci heyəti buraxacaq. Belə ki, AZAL-ın qələbə şansları var. Ancaq hər halda, mən heç-heçə olacağını düşünürəm.

Qəbələ - Sumqayıt
Bu oyunda qələbə “Qəbələ”yə “Neftçi”ni geridə qoyaraq üçüncü pilləyə çıxmaq şansı verə bilər. Düşünürəm ki, uğursuz oyunlar silsiləsindən sonra mövsümün sonunda “radarlar” çempionatı müsbət tonda başa vurmaq istəyəcəklər. Buna görə də üç xalı “Qəbələ”yə verirəm.

Xəzər Lənkəran - Qarabağ
Hətta Dənizli ilə bağlı yaranmış vəziyyətə rəğmən, düşünürəm ki, “Xəzər Lənkəran”ın qələbə şansları çoxdur. “Qarabağ” artıq çempiondur. Onların hədəfləri yoxdur və ötən tur “Sumqayıt”a məğlubiyyət bunu sübut etdi. Ağdamlıların baş məşqçisi Qurban Qurbanov yaxşı qeyd edib ki, çempionluğu təmin etdikdən sonra komandanı oyuna kökləmək çətindir. Misal üçün Almaniyanın “Bavariya” klubuna nəzər salmaq olar: Bundesliqada qələbədən sonra bir sıra oyunlarda məğlub olublar. Beləliklə, bu oyunda “Xəzər Lənkəran” üstün olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.