17 may 2014 11:22
Hafiz Məmmədov Lansa 40-45 milyon avro investisiya yatıra bilər
Fransanın “Lans” klubu 40-45 milyon avro məbləğində transfer büdcəsinə ümid edə bilər. Azerisport.az xəbər verir ki, bu haqda “L’Equipe” nəşri xəbər verib.
Həmyerlimiz Hafiz Məmmədov tərəfindən maliyyələşdirilən və ölkəmizi təbliğ edən “Azerbaijan Land of Fire” şüarını daşıyan “Lans” Liqa-1-ə vəsiqəni təmin edib və klubun transfer bazarında fəallığı Azərbaycandan yatırılacaq investisiyadan asılı olacaq.
Əgər transfer büdcəsi 40-45 milyon avro olarsa, komandada bir sıra yeni futbolçuları peyda olacağı gözlənilir. Əgər büdcə az olsa, klub azad agentləri əldə etməyə diqqət ayıracaq.
