17 may 2014 11:11
Lans Liqa 1-ə çıxdı
Fransanın Lans futbol klubu Liqa 2-də keçirdiyi çempionatın yekun turunda “Bastiya” üzərində 2:0 hesablı qələbə qazanaraq, ikinci pilləni tutub və Liqa 1-ə vəsiqə qazanıb. Azerisport.az xatırladır ki, klub həmyerlimiz Hafiz Məmmədov tərəfindən maliyyələşdirilir və ölkəmizi təbliğ edən “Azerbaijan Land of Fire” şüarını daşıyır.
