17 may 2014 21:00
Bəxtiyar Musayev: Bu da pis nəticə deyil
"Neftçi"nin məşqçisi Bəxtiyar Musayev Topaz Premyer Liqasının 36-cı turu çərçivəsində "Simurq"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Meydanda əsl mübarizə getdi. Hər iki komanda qələbə qazana bilərdi. Oyunu azlıqda başa vursaq da, məğlub olmadıq. Komandadan müəyyən qədər razıyıq, futbolçular əzmkarlıq göstərdilər. Bir sıra futbolçular heyətdə yox idi, bərabərlik də pis nəticə deyil”.
