17 may 2014 20:48
Çixradze: İmkanlarımızdan faydalana bilmədik
“Simurq”un baş məşqçisi Giorgi Çixradze TPL-in 36-cı turu çərçivəsində komandasının doğma meydanında “Neftçi”yə qarşı keçirdiyi oyunu (0:0) şərh edib. Azerisport.az xəbər verir ki, Çixradze bunları söyləyib:
“Mövsümün son oyununda qalib gəlmək istəyirdik. Oyun ağır keçdi. Rəqib azlıqda qalsa da, gərgin mübarizə oldu. Hər iki komandanın qol imkanları var idi, lakin imkanlardan faydalana bilmədik. Bu mövsüm bizimlə işləyən futbolçulara, azarkeşlərimizə təşəkür edirəm”.
(PFL)
