17 may 2014 20:44
Aqil Məmmədov: Premyer Liqada qalmaq üçün əlimizdən gələni etdik
“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov TPL-in 36-cı turu çərçivəsində komandasının səfərdə “Qəbələ”yə qarşı keçirdiyi oyunu (1:3) şərh edib. Azerisport.az xəbər verir ki, Məmmədov bunları söyləyib:
“Qəbələ” klubunu üçüncü yeri tutması münasibəti ilə təbrik edirəm. Bugünkü oyunda layiqli qələbə qazandılar. Maraqlı oyun oldu. Komanda qələbə qazanmaq və Premyer Liqada qalmaq üçün əlindən gələni etdi. Məğlub olmağımıza baxmayaraq, elitada yerimizi qoruya bildik. Komandaya təşəkkürümü bildirirəm. Azarkeşlərimizi daha da yaxşı oyunla sevindirməyə çalışacağıq”.
(PFL)
