17 may 2014 20:33
Yuri Syomin: Hamını uğur münasibəti ilə təbrik edirəm
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin TPL-in 36-ci turu çərçivəsində komandasının doğma meydanda “Sumqayıt”a qarşı keçirdiyi oyunu (3:1) şərh edib. Azerisport.az xəbər verir ki, Syomin bunları söyləyib:
“Bütün komandanı və klub üzvlərini qazanılan uğur münasibəti ilə təbrik edirəm. Rəhbərlik bizi pis vaxtlarımızda da, yaxşı çıxış edəndə də dəstəklədi. İsti hava şəraitində gərgin oyun keçdi. Qələbə yaxşı heç-heçədən daha uğurlu nəticədir”.
(PFL)
