17 may 2014 20:28
Tərlan Əhmədov: Hücumumuzun kəsəri, vuran ayağımız yoxdur
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov TPL-in 36-cı turu çərçivəsində komandasının öz meydanında “İnter”ə qarşı keçirdiyi oyunu (1:3) şərh edib. Azerisport.az xəbər verir ki, Əhmədov bunları söyləyib:
“Mövsümün son oyununda bir neçə futbolçuya oynamaq şansı verdim. Xuan Fransisko və Orxan Səfiyaroğlunu sınadım. Hücumun kəsəri, vuran ayağımız yoxdur. Müdafiədə bəsit qollar buraxırıq. Yeni mövsümdən bir neçə gənc oyunçunu əsas heyətə cəlb edəcəyik. Baxışa bir neçə futbolçu cəlb edəcəyik. Onları toplanışın 3-cü dövründə, yoldaşlıq oyunlarında sınaycağıq”.
(PFL)
