17 may 2014 19:55
Kurtar: Oyunun taleyini hakim dəyişdi
"Rəvan"ın baş məşqçisi Güvenç Kurtar Topaz Premyer Liqasının 36-cı turu çərçivəsində "Bakı"ya qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "aslanlar"ın türkiyəli çalışdırıcısı 2:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Çox vacib oyuna çıxdıq, rəqibin kimliyindən asılı olmayaraq, mütləq qalib gəlməli idik. Təəssüf ki, ilk hissənin ortalarında qapımızdan qol buraxdıq. Rəqib futbolçu bizim oyunçuya qarşı kobud oynadı, hakim birbaşa qırmızı vərəqə ilə cəzalandırmalı idi, lakin heç nə vermədi. Bundan sonra oyun barəsində heç nə danışmaq istəmirəm. Oyunun taleyini hakim dəyişdi”.
