17 may 2014 19:45
Milinko Pantiç: Rəvan üçün üzülürəm
"Bakı"nın baş məşqçisi Milinko Pantiç Topaz Premyer Liqasının 36-cı turu çərçivəsində "Rəvan"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "zolaqlılar"ın serbiyalı çalışdırıcısı 3:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Mövsümün son oyununu qələbə ilə başa vurduğumuz üçün şadam. “Rəvan” üçün üzülürəm, istərdim ki, Premyer Liqada qalsınlar. Onlara gələcəkdə uğurlar arzulayıram. Gənc futbolçumuz Tural Qürbətovun qol vurması məni sevindirdi. Ümid edirəm ki, gələcəkdə də bizə çox fayda verəcək. Heyətdəki bəzi futbolçular komandadan gedəcək. Əfran İsmayılovun bizimlə müqaviləsi davam edir”.
