17 may 2014 18:22
AFFA-nın baş katibi Danimarka Fİ-nin prezidenti ilə görüşüb
Danimarkanın paytaxtı Kopenhagendə Danimarka Futbol İttifaqının 125 illik yubileyi qeyd olunub. Azerisport.az xəbər verir ki, DFİ-nin dəvəti ilə AFFA-nın baş katibi Elxan Məmmədov tədbirdə iştirak edib, Danimarka Futbol İttifaqının prezidenti Yesper Meller Kristensenə AFFA rəhbərliyinin yubileylə bağlı təbrikini çatdırıb.
(AFFA)
