17 may 2014 15:35
Atletiko Soma faciəsinin qurbanlarını yad edəcək
İspaniyanın "Atletiko" klubu Türkiyədəki faciə qurbanlarını yad edəcək. Azerisport.az xəbər verir ki, Somadakı faciədə həyatını itirən 300-ə yaxın insanın yad edilməsi təşəbbüsünü Madrid klubunun türkiyəli yarımmüdafiəçisi Arda Turan irəli sürüb.
Belə ki, sözügedən komanda La Liqanın cari mövsümünün sonuncu - 38-ci turu çərçivəsində bu gün qarşılaşacağı "Barselona" ilə oyuna üzərində "Soma, Atletico Madird, La Liga, Turkey" sözlərı yazılmış idman geyimlərində çıxacaq.
Qeyd edək ki, "Atletiko"nun titul sponsoru Azərbaycanın turistik "Azerbaijan Land of Fire" şüarıdı.
