17 may 2014 01:13

"Əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq"

"Komandamızı təbrik edirəm. Futbolçularımız mövsüm ərzində verdiyimiz tapşırıqları yerinə yetirdilər. Nəzərə almaq lazımdı ki, heyətimiz iki cəbhədə mübarizə apardı. Həm əvəzedicilər çempionatında, həm də U-19 Liqasında uğurla çıxış etdilər. U-19 Liqasında çempion olmaq şansımız yüksəkdi".

Bu sözləri "Qəbələ"nin əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Luis Araqon söyləyib. Cari mövsümdə əvəzedicilərlə ilk titulunu - gümüş medalları qazanan ispaniyalı mütəxəssis xüsusilə son oyunlarda yetirmələrindən razı qaldığını vurğulayıb. O, növbəti mövsüm üçün hədəflərindən bəhs etməyi də unutmayıb:

"Çempionatda əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Düşünürəm ki, nəticəni və göstərdiyimiz oyunu qənaətbəxş hesab etmək olar. Xüsusilə son oyunlarda komanda yaxşı təsir bağışladı. Amma hələ görəcəyimiz işlər çoxdu. Mövsümün startında ötən mövsümdən daha yaxşı kollektiv formalaşdırmağı və daha yaxşı nəticə qazanmağı qarşımıza məqsəd qoymuşduq. Bu hədəfimizə nail olduq. "Qəbələ" əvəzedicilər çempionatında çıxış edən ən gənc kollektiv idi. Növbəti mövsüm üçün hədəflərimiz Elvin Camalov, Sadiq Quliyev, Murad Musayev, Müşfiq Teymurov kimi perspektivli futbolçuların ustalıq səviyyəsinin artırılmasını təmin etmək və onların əsas komandanın heyətində möhkəmlənməsinə yardımçı olmaqdı". (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.