17 may 2014 01:00
Türkiyə KİV-i: Dənizli özü istefa verib
Türkiyə KİV-i bildirir ki, “Xəzər Lənkəran” rəhbərliyi ilə görüşdə komandanın sabiq baş məşqçisi Mustafa Dənizli özü istefaya getmək haqda təşəbbüslə çıxış edib. Azeripsort.az xəbər verir ki, təcrübəli türk mütəxəssis bunu sağlamlığında olan fəsadlarla əlaqələndirib.
Xatırladaq ki, srağagün Dənizli mətbuat konfransı keçirmiş və növbəti mövsümə planlarını açıqlamışdı.
