16 may 2014 12:28
Dənizli yerli futbolçuları hədəfə alıb
"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli yay transfer dövründə klubda yerli oyunçuların sayını artırmaq istəyir. Azerisport.az xəbər verir ki, Dənizli rəhbərlikdən Vaqif Cavadovla Rauf Əliyevi transfer etməyi tələb edib.
Hər iki futbolçunun adı məşqçinin rəhbərliyə təqdim etdiyi siyahısında yer alıb. Qeyd edək ki, Rauf Əliyev "Bakı", Vaqif Cavadov isə "İnter"in şərəfini qoruyur.
