Azərbaycanlı hakim AÇ-də daha bir oyun idarə etdi
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Maltada keçirilən yeniyetmələr (U-17) arasında Avropa Çempionatının final mərhələsinin B qrupunda daha bir oyun idarə edib. Azerisport.az xəbər verir ki, o, İsveçrə və Şotlandiya yığmalarının qarşılaşmasında ədaləti qorumağa çalışıb.
Oyun şotlandların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Ağayevin ilk oyundan fərqli, bu dəfə işi daha çox olub. Belə ki, referimiz 64 və 69-cu dəqiqələrdə İsveçrə, 36 və 72-ci dəqiqələrdə isə Şotlandiya yığmasının iki üzvünə sarı vərəqə göstərib. Ağayev 72-ci dəqiqədə şotlandların qapısına penalti də təyin edib. Amma isveçrəli Boris Babiç həmin penaltini dəqiq yerinə yetirə bilməyib.
Xatırladaq ki, Ağayev bundan öncə A qrupu çərçivəsində meydan sahibi Malta və Niderland yığmaları arasında keçirilmiş oyunu (2:5) idarə etmişdi.
