16 may 2014 00:11
Rubin mövsümü Abışovsuz başa vurdu
Bu gün futbol üzrə Rusiya premyer-liqasında 30-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun komandası "Rubin" doğma meydanda "Terek"lə qarşılaşıb və 1:1 hesablı heç-heçə oynayıb.
Abışov oyunda iştirak etməyib. Belə ki, o, hazırda Bakıdadır.
"Rubin" 30 turdan sonra mövsümü 38 xalla yarış cədvəlinin 9-cu pilləsində başa vurub. Rusiya çempionluğunu isə CSKA klubu qazanıb.
