16 may 2014 11:55
Xəzər Lənkəran və Qəbələ Abışovu istəyir
"Rubin"in futbolçusu Ruslan Abışov karyerasını Azərbaycanda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, “Xəzər Lənkəran” və “Qəbələ” klubları yığmanın futbolçusu ilə ciddi maraqlanır.
Hər iki klub müqavilə şərtlərini futbolçuya çatdırıb. Abışov hələlik onlara cavab verməyib. Qeyd edək ki, Abışovun Kazan təmsilçisi ilə müqaviləsi başa çatmayıb. Bununla belə, "Rubin" onun başqa kluba keçmək üçün danışıqlar aparmasına etiraz etmir.
