16 may 2014 11:40
Vaqif Cavadov İnteri tərk etmək barədə düşünür
Azərbaycan çempionatının gümüş mükafatçısı "İnter" Georgi Lomaya, Laşa Salukvadze, Arif Daşdəmirov və Səlahət Ağayevlə müqaviləni artırmaq barədə razılıq əldə edib. Azerisport.az xəbər verir ki, futbolçular yeni müqaviləyə imza atmağa razılaşıb.
Ruslan Əmircanovla Vaqif Cavadov isə “bankirlər”in təklif etdiyi şərtlərlə razılaşmayıblar. Aleksandr İaşvili "İnter"i tərk edəcək. Veteran futbolçu karyerasını başa vurmaq barədə düşünür.
