16 may 2014 17:22
Qarabağ iki futbolçusu ilə vidalaşdı
“Qarabağ” komandanın iki futbolçusu ilə yollarını ayırmaq qərarına gəlib. Azerisport.az xəbər verir ki, “atçılar” Ulrix Kapolonqo və Caba Dvali ilə müqavilə müddətini artırmağa lüzum görməyiblər.
Bu əsnada isə albaniyalı müdafiəçilər Admir Teli və Ansi Aqoli ilə bir il müddətinə yeni müqavilə imzalanıb.
