16 may 2014 17:00
Klublarımızın TPL podiumunda məşqçi modabazlığının xronologiyası
Topaz Premyer Liqasının carı mövsümü ölkə futbolunda məşqçi dəyişikliklərinin bir növ dəb alması ilə yadda qaldı. Azerisport.az xəbər verir ki, cari mövsümdə bu dəbi diktə edən ən məşhur “modabaz” isə “Rəvan” oldu ki, TPL-in podiumunda dörd məşqçi ilə təmsil olundu.
“Neftçi” bu göstəricidə qonşusundan dala qalmamağa “çalışdı”. Bu mövsüm “Flaqman”ın sükanı arxasında üç məşqçi çalışsa da, heç kim yağ içindəki “avtomobilin” “mühərrikini” işə sala bilməyib. Beləliklə:
12 avqust 2013 il. “Rəvan” Ramil Əliyevlə vidalaşdı, klub rəhbərliyi onun istefasını qəbul edir. Əliyevin yerinə Vladislav Qədirov təyin edilir. Komanda 10-cu pillədə qərarlaşıb.
5 oktyabr 2013 il. “Rəvan” Vladislav Qədirovu qovur və onun yerinə Şahin Diniyevi təyin edir. Komanda 9-cu pillədə qərarlaşıb.
23 oktyabr 2013 il. “Neftçi” Tərlan Əhmədovun xidmətlərindən imtina etmək qərarına gəlir. İki gündən sonra “Flaqman”a Nazim Süleymanov baş məşqçi təyin edilir. Komanda 2-ci pillədə qərarlaşıb.
22 noyabr 2013 il. Məşhur uelsli mütəxəssis Con Toşak “Xəzər Lənkəran”ın baş məşqçisi vəzifəsindən istefa verir. Həmin gün məşqçi səlahiyyətlərinin icrası italyan Covanni Melkiorreyə keçir. İki həftə sonra isə boş qalmış vəzifəyə təcrübəli türk mütəxəssis Mustafa Dənizli təyin edilir. Komanda 8-ci pillədə qərarlaşıb.
3 yanvar 2014 il. “Rəvan” mövsümdə üçüncü dəfə məşqçi dəyişikliyinə imza atır. Şahin Dniyevin istefa ərizəsi qəbul edilir. Onun yerinə elə həmin gün türk məşqçi Güvənc Kurtar gətirilir. Komanda 9-cu pillədə qərarlaşıb.
8 yanvar 2014 il. “Neftçi” də öz növbəsində Nazim Süleymanovdan “canını qurtarır”. Transfer məsələlərində rəhbərliklə razılığa gələ bilməyən təcrübəli məşqçi istefaya gedir. Süleymanovun yerinə “Flaqman”ın uğur memarı, buna rəğmən, ötən ilin yayında ÇL-də uğursuzluğa görə komandadan getmiş Böyükağa Hacıyev gətirilir. “Flaqman” 3-cü pillədə qərarlaşıb.
16 mart 2014 il. AZAL Vaqif Sadıqovu istefaya göndərir. Növbəti gün Sadıqovun yerinə “Neftçi”nin sabiq baş məşqçisi Tərlan Əhmədov komandaya dəvət edilir. “Təyyarəçilər” 8-ci pillədə qərarlaşıblar.
16 may 2014 il. “Xəzər Lənkəran” rəhbərliyi Mustafa Dənizli ilə qarşılıq razılıq əsasın əməkdaşlığa xitam verir. Hazırda “Gəmiqayıranlar”a rəhbərlik etməyə ən real namizəd, bir vaxtlar komandanı çalışdırmış Mirça Rednikdir. Komanda 6-cı pillədə qərarlaşıb.