16 may 2014 14:40
Milinko Pantiç: Qarabağ transferlərlə güclənərək, Avropa meydanlarında daha uğurla çıxış edə bilər
“Bakı”nın baş məşqçisi Milinko Pantiç azerisport.az saytına müsahibəsində cari mövsümün çempionu “Qarabağ” haqda fikirlərini bildirib:
“Qarabağ” Azərbaycan çempionatı üçün çox yaxşı mövsüm keçirdi. Bütün oyunlarda gözəl oyun göstərdilər. Reynaldo komandanın liderinə çevrildi. Bir neçə transferlə güclənərək, Avropa meydanlarında daha uğurla çıxış edə bilərlər. Onlara uğurlar arzulayıram. Cari mövsüm bir sıra çətin oyunlarımız oldu. Mənim komandama daha çox "İnter"ə qarşı oynamaq çətin oldu. Onlarla görüşdə əzmkar mübarizə sərgiləyirdik, amma sonda qazanan onlar olurdu”.
