15 may 2014 12:00
Qurban Qurbanov Diaşı almaq istiqamətində Qarabağın fəallığı haqda məlumatı təkzib etdi
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Portuqaliyanın “Maritimu” klubunun braziliyalı futbolçusu Danilu Diaşın komandasına keçidi haqda məlumatı təkzib edib. Azerisport.az xəbər verir ki, Qurbanov bunları söyləyib:
“Hazırda heç kimlə heç bir danışıq aparmırıq. Qışda onu komandaya dəvət etmək istədiyimi gizlətmirəm. Ancaq biz “Maritimu” ilə razılığa gələ bilmədik. İndi isə bu istiqamətdə heç nə etmirik”.
