Zambrotta Bakıya gəlir
Xəbər verdiyimiz kimi, mayın 19-da Bakıda Beynəlxalq Futbol Könüllülüyü Forumu keçiriləcək. Azerisport.az xəbər verir ki, məşhur italiyalı futbolçu, “Yuventus”, “Milan”, “Barselona” klublarında çıxış etmiş, İtaliya millisinin heyətində 2000-ci ildə Hollandiya və Belçikada keçirilmiş Avropa çempionatında gümüş medal qazanmış, 2006-cı ildə isə Almaniya təşkil olunmuş dünya çempionatının qalibi olmuş Canluka Zambrotta forumda forumun səfiri kimi iştirak edəcək.
Qeyd edək ki, Forumda 8 ölkədən 9 beynəlxalq səviyyəli spiker çıxış edəcək. Spikerlərin mövzusu müxtəlif dövrlərdə keçirilmiş tədbir və layihələrdən qazanılmış təcrübələrdir. İştirakçı qismində azərbaycanlı könüllülərlə yanaşı forumda Polşa, Çin və Türkiyədən də könüllülər iştirak edəcək.
Forum barədə yenilikləri. www.ifvf2014.com saytından izləmək mümkündü.
Abşeron Marriott otelin Şərq zalında keçiriləcək forum mayın 19-da keçiriləcək və saat 10:00-da başlayacaq.
