15 may 2014 20:22
Pantiç Qarabağ və Neftçinin ulduzlarını Bakıda görmək istəyir
“Bakı”nın baş məşqçisi Milinko Pantiç azerisport.az saytına müsahibəsində komandasında görmək istədiyi azərbaycanlı futbolçuların adlarını çəkib:
“Bir neçə oyunçu var ki, mən məmnuniyyətlə “Bakı”ya götürərdim. Komandamın heyətində Rəşad Sadıqovu (“Qarabağ”) və Araz Abdullayevi (“Neftçi”) görmək istərdim. Əcnəbilərdən isə Reynaldonu (“Qarabağ”) qeyd edərdim”.
