15 may 2014 19:44
Əliyar Ağayev: AÇ-yə dəvət mənim üçün gözlənilməzlik oldu
Referimiz Əliyar Ağayev Maltada keçirilən yeniyetmələr (U-17) arasında AÇ-də hakimliyi ilə bağlı fikrilərini bölüşüb. Azerisport.az xəbər verir ki, üç gün əvvəl referimiz Malta - Niderland oyununu (2:5) idarə edib və yüksək qiymət alıb.
“Bu, FIFI referisi kimi çalışdığım cəmi ikinci ildir. Buna görə də AÇ-yə təyinat mənim üçün bir qədər gözlənilməz oldu. Burada ab-hava gözəldir. Adran Kaş, Mark Batta, Kiros Vassaras və Leyf Lindberqlə işləmək xoşdur. Bu təlim və təcrübə baxımından mənə kömək edir”, deyə Ağayev UEFA-nın rəsmi saytına bildirib.
Xatırladaq ki, Ağayev bu gün növbəti oyunda ədaləti təmsil edəcək. Referimiz AÇ-nin İsveçrə və Şotlandiya yığmaları arasında keçiriləcək oyununu idarə edəcək.
