15 may 2014 17:40
Tərlan Əhmədov komandası ilə vidalaşmaq zərurəti olan futbolçuların siyahısını AZAL rəhbərliyinə təqdim edəcək
May ayının 18-də AZAL-ın baş məşqçisi Tərlan Əhmədov komandası ilə vidalaşmaq zərurəti olan futbolçuların siyahısını AZAL rəhbərliyinə təqdim edəcək. Azerisport.az xəbər verir ki, AZAL mövsümlərarası fasiləyə hazırlaşır.
“Təyyarəçilər” iyunun ortalarında toplanış keçirmək fikrindədirlər. Toplanışın birinci mərhələsinin Bakıda keçiriləcəyi nəzərdə tutulub. Əsas hazırlıq mərhələsi isə Türkiyədə baş tutacaq.
