15 may 2014 17:11
Yığmamız oyuna bir dəqiqəlik sükutla başlayacaq
Türkiyənin Manisa vilayətindəki kömür mədənində baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar 18 yaşadək qızlardan ibarət yığma komandalar arasında Bakıda təşkil olunmuş UEFA-nın inkişaf mini-turniri çərçivəsində mayın 16-da, saat 14:00-da, Bayıl stadionunda keçiriləcək Azərbaycan - Rusiya oyunundan əvvəl faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla anılacaq. Azerisport.az xəbər verir ki, yığmamızın üzvləri meydana qara sarğı ilə çıxacaq.
(AFFA)
