15 may 2014 16:30
İnter iyunun 1-i toplaşacaq
“İnter” Avropa Liqasına hazırlıq proqramı ilə müəyyənləşib. Azerisport.az xəbər verir ki, “bankirlər” turnirə birinci təsnifat mərhələsindən başlayacaq və iyunun 1-də Türkiyədə toplaşacaqlar.
Komandanın bəzi futbolçuları artıq məzuniyyətə göndəriliblər və TPL-in yekun turunda “İnter”in AZAL-a qarşı yarımtəcrübi heyətlə meydana çıxacağı gözlənilir.
