15 may 2014 16:21
Rusiya millisi Bakıda İsrail yığmasına qalib gəldi
18 yaşadək qızlardan ibarət yığma komandaların iştirakı ilə Bakıda təşkil olunmuş UEFA-nın inkişaf mini-turnirində ikinci oyun keçirilib. Azerisport.az xəbər verir ki, Bayıl stadionunda Rusiya və İsrail komandaları qarşılaşıb.
Oyun 4:1 hesabı ilə rusiyalı futbolçuların xeyrinə başa çatıb.
Xatırladaq ki, dünən keçirilmiş turnirin ilk oyununda İsrail komandası 1:0 hesabı ilə Azərbaycan yığmasını məğlub etmişdi.
Turnirin son oyunu sabah saat 14:00-da, Bayıl stadionunda Azərbaycan və Rusiya komandaları arasında keçiriləcək.
