15 may 2014 15:28
İnterin beş legioneri şənbə günü medallarını almayacaq
“İnter”in gürcü legionerləri - Laşa Salukvadze, Aleksandr İaşvili və Baçana Sxadadze Vətənə yollanıblar. Azerisport.az xəbər verir ki, onlar komandanın TPL-in yekun turunda AZAL-a qarşı keçirəcəyi oyunda iştirak etməyəcəklər.
Beləliklə də, Tofiq Bəhramov adına stadionda gümüş medallarını ala bilməyəcəklər.
Qeyd edək ki, Salukvadze və Sxadadze Gürcüstan yığmasının düşərgəsinə çağırılıblar. “İnter”in düşərgəsini həmçinin, Yohan Bokonyano və Matiya Şpiçiç müvəqqəti tərk ediblər ki, onlar da medallarına qovuşmaq üçün gözləməli olacaqlar.
