15 may 2014 14:40
Berti Foqts Eratı da çağırdı
Xəbər verdiyimiz kimi, mayın 28-də ABŞ-ın San-Fransisko şəhərində ABŞ və Azərbaycan milli komandaları arasında beynəlxalq yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, bununla əlaqədar, millimiz may ayının 20-dən 28-dək ABŞ-da təlim-məşq toplanışında olacaq.
Bu arada, Almaniya KİV-də millimizin baş məşqçisi Berti Foqtsun Düsseldorf “Fortuna”sının futbolçusu Tuğrul Eratı da millimizin “Yeni Dünya” toplanışında iştirak edəcək heyətinə cəlb etməsi ilə bağlı məlumat yayılıb.
Qeyd edək ki, 22 yaşı yarımmüdafiəçi ilk çağırışda heyətə dəvət almamışdı.
