15 may 2014 14:28
Mustafa Dənizli Xəzər Lənkəranın əsas problemini dilə gətirdi
“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli bildirib ki, klub əməkhaqqılara görə borcları tezliklə ödəyəcək. Azerisport.az xəbər verir ki, Dənizli bu barədə söyləyib:
“Əməkhaqqıların alınmasında kiçik gecikmə var. Hamıya hər şey ödəniləcək. Burada problem yoxdur. Qışda biz dörd yerli futbolçunu almaq istəyirdik. Ancaq bu, baş tutmadı. Bilmirəm nə üçün. Gedənlər olacaq. Yerlilərdən olduğu kimi, eləcə də, əcnəbilərdən.
Bizim əsas problemimiz komandada lazımı sayda azərbaycanlının yoxluğundadır. Bir-iki zədə və çətinliklər baş qaldırır”.
