15 may 2014 13:40
Mustafa Dənizli: İnter - Qəbələ oyununda ala biləcəyimiz futbolçulara baxırdım
“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli komandasının TPL-in 35-ci turu çərçivəsində “Simurq”a qarşı keçirdiyi oyunda iştirak etməməsinin səbəbini açıqlayıb. Azerisoprt.az xəbər verir ki, Dənizli bunları söyləyib:
“Mən özümü pis hiss edirdim və belə bir səfəri özümə rəva görə bilməzdim. Mən “İnter” - “Qəbələ” oyununda idim. Ala biləcəyimiz futbolçulara baxırdım. Ümumilikdə, dörd-beş nəfər”.
