15 may 2014 01:10

Qarabağ ilk transfer bombasını partlatmağa hazırlaşır

Çempionlar Liqasına vəsiqə qazanan "Qarabağ" artıq ilk transfer bombasını partlatmağa hazırlaşır. Azerisport.az xəbər verir ki, ağdamlılar daha bir brazillyalı futbolçunu heyətinə cəlb etmək istəyir.

Bu, hazırda Portuqaliyanın "Maritimo" klubunun şərəfini qoruyan Danilo Diasdı. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov vaxtilə bu oyunçunun xidmətində maraqlı olsa da, klubu onu buraxmamışdı. Ağdam klubunun rəsmi "facebook" səhifəsində yazılanlara görə, bu dəfə danışıqlar daha konkret aparılacaq. Belə ki, "Qarabağ" öz nümayəndəsini artıq braziliyalı hücumçu ilə transfer məsələlərini danışmaq üçün sözügedən ölkəyə göndərib.

Tam adı Danilo Leandro Dias olan hücumçu 1985-ci ilin 6 noyabrda dünyaya göz açıb. "Qoyas"ın yetirməsi olan Dias bu komandada cəmi 8 oyun keçirib. O, 2006-cı ildə "Bandeirante", "Qama", "Atletiko Qoyaniense" kimi klublara icarəyə verilib. 2007-ci ildə "Qoyania"da icarə əsasında çıxış edən Dias 2008-ci ili də "Noroeste"də eyni qaydada keçirib. 2009-cu ildə isə o, "İpatinqa" klubu tərəfindən transfer olunub. 2009/10 mövsümündə bu komandada 7 oyun keçirib 2 qol vuran Danilo elə həmin mövsüm icarə əsasında "Uberaba"da da çıxış edib. Ağdam klubunun hədəfində olduğu forvard 2010-cu ildən "Maritimo"ya keçib və o dövrdən bəri çıxdığı 103 oyunda 12 qola imza atıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.