15 may 2014 13:13
Dənizli mətbuat konfransına bir dəqiqəlik sükutla başladı
Bu dəqiqələrdə “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli mətbuat konfransı keçirir. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis Türkiyənin Soma şəhərində baş vermiş faciə ilə əlaqədar olaraq, konfrans iştirakçılarından faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş edib.
Xatırladaq ki, Türkiyənin Soma şəhərində mədən quyusunun partlaması nəticəsində 300-ə qədər insan qalıqlar altında qalaraq, həlak olub.
