14 may 2014 01:00
İnfantino: Bakı AÇ-2020-nin qrup oyunlarını qəbul edə bilər
UEFA-nın baş katibi Canni İnfantino UEFA İcraiyyə komitəsinin “Principi di Piemonte” otelində keçirilmiş iclasından sonra Bakının AÇ-2020-yə olan şansları haqda məlumat verib. Azerisport.az saytına açıqlamasında İnfantino bunları söyləyib:
“Bakının coğrafi yerləşməsi UEFA-nın seçimi zamanı əngəl olacaqmı? Bilbao da həmçinin, Avropanın mərkəzi hissəsindən uzaqda yerləşib. Mən artıq Qlazqo və London haqda danışmıram. Məslə bundadır ki, biz Avropanın bütün bölgələrinin əhatə etmək istəyirik. Buna rəğmən, bəziləri bizim ideyamızı ağlasığmaz hesab edirlər. Məsələn, Bakı ona daha yaxın yerləşmiş ölkələrin komandalarının qrup oyunlarını qəbul edə bilər. Çünki Bakı Avropanın cənub-şərqində yerləşib. Bu, heç də problem deyil”.
