14 may 2014 00:48
Subaşiç və komandası Super Liqaya düşmək şansından məhrum oldu
Futbol üzrə Türkiyə I Divizionunda yarımfinal mərhələsinin ikinci pley-off oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin hücumçusu Branimir Subaşiçin komandası “Orduspor” “Mersin İdmanyurdu”nu qəbul edib və 0:1 hesabı ilə məğlubiyyətə uğrayıb (ilk oyun: 1:2).
Subaşiç meydanda 90 dəqiqə mübarizə aparıb.
Bu məğlubiyyət “Orduspor”un Super Liqa arzularının üstündən xətt çəkib.
“Mersin İdmanyurdu” finalda Super Liqaya yeganə vəsiqə uğrunda mübarizə aparacaq.
