14 may 2014 00:44
Ramin Musayev Tahir Gözəldən Qurban Qurbanova kömək etməyi xahiş etdi
Peşəkar Futbol Liqasının (PFL ) prezidenti Ramin Musayev “Qarabağ”ın ölkə çempionu olması ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, Musayev bunları söyləyib:
“Mən şadam ki, “Qarabağ” çempion oldu. Mən “Neftçi”nin vitse-prezidenti işləyəndə, Qurban Qurbanov bu klubda oynayırdı. Mənim oyunçum idi. Sonra o, “Neftçi”nin baş məşqçisi oldu. Mən bunu da xatırlayıram. Ancaq mən “Qarabağ”ın rəhbərliyinə, prezident Tahir Gözələ müraciət etmək istəyirəm. Xahiş edirəm, Qurbanova transferlərlə bağlı kömək edin. Sizin komandanız Avropada oynayacaq. “Qarabağ” məğlub olmamalıdır. Bu, vacib, həmçinin, siyasi məqamdır. Qurbanov isə bilməlidir ki, hər şey çempionluqla məhdudlaşmır”.
