14 may 2014 12:48
Tahir Gözəl: Neftçi kimi, ardıcıl 3 il Azərbaycan çempionu olmaq istəyirik
"Qarabağ" klubunun Azərbaycan çempionu olması münasibəti ilə təntənəli mərasim keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə çıxış edən klubun vitse-prezidenti Tahir Gözəl futbolçulara və məşqçilər korpusuna təşəkkür edib:
"Bir neçə il biz bu çempionluğa doğru getmişik. Komandamızın uğur qazanması üçün əsl komanda kimi çalışmışıq. Bizim gözəl futbolçularımız, bacarıqlı məşqçilərimiz var. Biz Azərbaycan futboluna Qara Qarayev, Namiq Yusifov, Maksim Medvedevləri verdik. Heyətimizdə Reynaldo, Almeyda kimi futbolçular var. Admir Teliyə mən Admiral deyirəm. Qurban Qurbanov gözəl və güclü kollektiv yaradıb. “Neftçi” kimi, ardıcıl 3 il Azərbaycan çempionu olmaq istərdik. Çempionluq çox sevincli, qürurlu həm də məsuliyyətlidir. Avropada da davamı olmalıdır. Komandamızın Çempionlar Liqasında uğurlu çıxış etməsi üçün çalışacağıq".
Tahir Gözəl transferlərlə bağlı bütün səlahiyyətlərin baş məşqçi Qurban Qurbanova verildiyini bildirdi: "Baş məşqçimiz lazım bildiyi futbolçularla güclənməyə çalışacağıq. Avropa meydanlarında uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik. Azarkeşlərə səslənmək istərdim. Son turdan sonra çempionluq kubokunu Ağdama aparmaq istəyirik. Bizimlə olmaq istəyən insanlar bizimlə gedəcək. Ağdamda olan azarkeşlər də sevinməlidir. Çempionluqda əməyi olan hər kəsə təşəkkür edirəm. Azarkeşlərə və bizə dəstək olan mediaya çox sağ ol deyirəm".
Klubun baş məşqçisi Qurban Qurbanov mediadan çempionluğa görə futbolçuları çox tərifləməməyi xahiş etdi: "Bizə dəstək olan insanlara təşəkkür edirik. Hər bir komanda çempion olmaq istəyir. “Qarabağ” uzun fasilədən sonra çempionluq arzusunu reallaşdırdı. İndi Avropada uğurlu çıxış etməliyik. İlk oyundan diqqətli olmalıyıq. Səhv buraxmaq olmaz. Eyni zamanda, çempionluğun çox şişirdilməməsini istərdim. Bizi qarşıda çətin oyunlar gözləyir. Biz çempion olduq, işimizi gördük".
“Qarabağ”ı təbrik edən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev rəhbərliyin transferlərdə səxavətli olmasını xahiş etdi: “Qarabağ” bizim üçün adi komanda deyil. Bu həm də böyük siyasətdir. Çempionlar Liqasının püşkatmasında “Qarabağ” yazılacaq. Orada qeyd olunacaq ki, klub Ağdamı təmsil edir. Bu, bütöv Azərbaycan deməkdir. Allah eləməsin, məğlubiyyət çox pis qarşılanacaq. Diqqətli olmaq lazımdır. Rəhbərlik Qurban Qurbanova lazımi oyunçuları almalıdır. Hücumçu lazımdır mən dəfələrlə demişəm. “Qarabağ”ın uğuru rəhbərliyin uğurudur. Onlar belə peşəkar komanda qurublar. Çempionatımız inkişaf edir. I Diviziondan “Araz Naxçıvan” yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq. Özü də onlar iddialı komanda kimi gələcəklər".