14 may 2014 00:33
Əliyar Ağayev AÇ-də daha bir təyinat aldı
Referimiz Əliyar Ağayev Maltada keçirilən yeniyetmələr (U-17) arasında AÇ-də növbəti oyuna təyinat alıb. Azerisport.az xəbər verir ki, Ağayev İsveç və Şotlandiya komandaları arasında keçiriləcək oyunu idarə edəcək.
Xatırladaq ki, əvvəlki görüşdə referimiz meydan sahibi Malta və Niderland yığmaları arasında keçirilmiş oyunu (2:5) idarə etmişdi.
