14 may 2014 00:28
Qurban Qurbanov: Çempionun kimliyinin fərqi yoxdur, əsası, Azərbaycan futbolunun inkişafıdır
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ölkə çempionatında qalibiyyət haqda fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis bunları söyləyib:
“Bu gün biz çempionluğu bayram edirik və mən xoşbəxtəm. Ancaq ümumilikdə götürsək, çempionun kim olmasının mənim üçün fərqi yoxdur. Əsası, Azərbaycan futbolunun inkişafıdır. Komandaya, rəhbərliyə və azarkeşlərə bu mövsümə görə təşəkkür edirəm”.
