14 may 2014 12:22
Xəzər Lənkəran 1000 manat ziyana düşdü
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 35-ci turunun bir oyunu ilə bağlı aşağıdakı qərar çıxarılıb:
"Simurq" - "Xəzər Lənkəran" matçında "Xəzər Lənkəran"ın 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
"Simurq" - "Xəzər Lənkəran" matçında "Xəzər Lənkəran"ın 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
(PFL)
