14 may 2014 00:20
Hafiz Məmmədov Bakının yetirmələriylə görüşdü
“Bakı” Futbol Klubunun prezidenti Hafiz Məmmədov Futbol Akademiyasının yetirmələriylə görüş keçirib. Azerisport.az xəbər verir ki, xoş əhval-ruhiyyədə keçən söhbət zamanı Hafiz Məmmədov onların məşq prosesləri, şəraitləri və sosial durumları ilə maraqlanıb.
Ardından Hafiz Məmmədov klubun futbolçularına ulu öndər Heydər Əliyevin əsgərləri olduğunu bildirərək, məhz bu nəslin nümayəndələrinin gələcəkdə “Bakı” Futbol Klubunun əsasını təşkil edəcəyini vurğulayıb. Məmmədov onlara gələcək oyunlarda uğurlar arzulayıb. (klub saytı)
