14 may 2014 12:12
Foqtsun millimizdəki sabiq köməkçisi Almaniya klubundan ayrıldı
Millimizin sabiq məşqçisi Olaf Yansen işsiz qalıb. Azerisport.az xəbər verir ki, Drezdenin “Dinamo” klubu İkinci Bundesliqanın yekun turunda “Arminiya”ya 2:3 hesablı məğlubiyyətdən sonra Yansenlə yolların ayırmaq qərarına gəlib.
Bu məğlubiyyət drezdenlilərin İkinci Bundesliqada qalmaq üçün pley-off oyunları keçirmək şansını əlindən alıb və komanda birbaşa olaraq, aşağı diviziona yuvarlanıb.
Xatırladaq ki, Yansen “Dinamo”nu səkkiz ay qabaq qəbul etmişdi.
(Almaniya KİV-i)
