14 may 2014 00:07
Qəbələ U-13 Liqanın qalibi oldu
Bayıl stadionunda "Qəbələ" və "Neftçi İSM-Siyəzən" komandaları arasında keçirilmiş final oyunu ilə U-13 Liqanın 2013/2014-cü il mövsümünə yekun vurulub. Azerisport.az xəbər verir ki, rəqibini 2:0 hesabı ilə məğlub edən "Qəbələ" komandası turnirin qalibi adını qazanıb.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, veteran futbolçu Nazim Süleymanov və Azərbaycan milli komandasının üzvü Ruslan Abışov təqdim edib.
